14,5 min hektar ərazi Azərbaycanın nəzarətinə keçir – Sərkisyan
“Nikol Paşinyan təsdiqləyib ki, 1986-cı ildə Vladimir Movsisyanın rəhbərlik etdiyi komissiyanın işi nəticəsində Ermənistana qaytarılan (əslində, Azərbaycandan qoparılan – red.) 14,5 min hektar ərazi Azərbaycana qaytarılacaq “.
Elminfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Oskan Sərkisyan deyib.
“Mayın 25-də Nikol Paşinyan Tavuşun sərhədyanı kəndlərinin sakinləri ilə görüşü zamanı bu məsələlərə toxunub. Ona 1986-cı ildə Vladmir Movsisyanın rəhbərlik etdiyi Ermənistan və Azərbaycan arasında inzibati sərhədlərin nizamlanması üzrə Ermənistan komissiyasının işi nəticəsində bizə verilən 14,5 min hektar torpaqla bağlı sual verilib. Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədin delimitasiyası 1975-ci ilin xəritəsi üzrə aparılır. Onun fikrincə, bu, Ermənistan üçün daha əlverişlidir və Movsisyanın rəhbərlik etdiyi komissiyanın işinin nəticələri dövlət səviyyəsində təsdiqini tapmayıb”.
Qeyd edək ki, SSRİ dövründə Azərbaycan əraziləri hissə-hissə qoparılaraq Ermənistana verilib./Turkustan.az