Elm və təhsil nazirinin Oğuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 25 iyul 2025-ci il tarixində Oğuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyulun 29-da keçiriləcək.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir