Futbolçu qəbul imtahanında 697 bal topladı 

Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I-IV qruplar üzrə qəbul imtahanına ikinci cəhdin nəticələri açıqlanıb. 

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Zirə”nin U-17 komandasının üzvü Əbülhəsən Məmmədov da imtahanda yüksək nəticə göstərib.

 

Onun maksimum nəticəyə cəmi 3 balı çatmayıb. 697 bal toplayan Əbülhəsən Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.

 

Qeyd edək ki, Ə.Məmmədov Xətai rayonu 64 nömrəli tam orta məktəbi fərqlənmə atestatları ilə bitirib. Blok imtahanında isə 400 bal toplayıb.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir