Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

“Report” xəbər verir ki, namizədlər avqustun 4-ü saat 11:00-dək www.miq.edu.az portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, bu mərhələdə məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli (eləcə də xarici dövlətlərin tanınmış kvalifikasiyasına sahib olan) şəxslər iştirak edə bilər.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir