Bakıda bütün bağçalar isti yeməklə təmin olunub – RƏSMİ

“Bakıda bütün məktəbəqədər təhsil müəssisələri isti yeməklə təmin olunub”.

Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

O bildirib ki, Bakıda 4 rayonda isti yeməklə təmin olunmayan məktəbəqədər təhsil müəssisəsi var idi ki, bu müəssisələr də 2024-2025-ci illərdə isti yeməklə təmin olunub:

“Həmçinin regionlardan Bərdə, Mingəçevir, Gəncə, Xankəndi və Yevlaxdakı bağçalar da isti yeməklə təmin olunublar. Növbəti illərdə bunun digər regionlarda tətbiq olunması məsələsinə baxılacaq”.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir