Füzulidə peşə məktəbi fəaliyyətə başlayacaq

Füzuli peşə təhsil məktəbi 2027-ci ildən fəaliyyətə başlayacaq.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxs peşə təhsili alır:

“Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur”.

Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir