Hot Topics

Month: İyul 2025

Year : 2025

Günəşdə dəliklər formalaşmağa başlayıb

2021–2022-ci illərdə, demək olar ki, tamamilə yoxa çıxmış qütb koronal dəlikləri Günəşdə yenidən aktiv şəkildə formalaşmağa başlayıb. Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda deyilir. “Günəşdə qütb koronal dəliklərinin aktiv formalaşması başlayıb. Bu strukturlar 2021–2022-ci illərdə, demək olar […]
Read more

Deputatlar Gürcüstan parlamentinin üzvləri ilə görüşüblər

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüş keçiriblər. Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin inkişafı, eləcə də gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Komitə sədri Şahin İsmayılov çıxışında Azərbaycan və Gürcüstan arasında formalaşan möhkəm əlaqələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, […]
Read more

200-dən çox peşə standartı təsdiqlənəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib. Modern.az xəbər verir ki, hazırda proses davam edir və cari ilin sonunadək əlavə 230 standartın hazırlanıb təsdiq edilməsi nəzərdə tutulur. Təsdiq edlən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir. Qeyd […]
Read more

Bakıya 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir. Agentlikdən Modern.az-a bildirilib ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir. “Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə […]
Read more

Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Çex Respublikasının xarici işlər naziri Yan Lipavski arasında telefon danışığı aparılıb. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı, Azərbaycan ilə Çexiya arasında siyasi, iqtisadi, enerji və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub. Azərbaycan ilə Çexiya arasında mövcud siyasi […]
Read more

Bulvar idarəsinin sabiq sədrinin məhkəməsi

“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.   Modern.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmıdovanın sədrliyi ilə keçirilən prosesdəFuad Babayevin vəkili vəsatətlə çıxış […]
Read more

Vəzifəli qadın azərbaycanlı futbolçunun evindən oğurluq edib

Bakıda tanınmış futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.   Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən şəxs 1980-ci il təvəllüdlü, Ucar rayon sakini A.S.-dir.    O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə […]
Read more

Qəbul imtahanlarında uyğunsuzluq – 289 şagirdin nəticəsi LƏĞV EDİLDİ

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir. Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, bu məqsədlə İnstitutda xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib. “Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il […]
Read more

Əsirlikdə döyülüb, yeddi dişi, barmağının iki dırnağı çıxarılıb…

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Read more

Təhsil 28 İyul 2025, 18:32 Hədəfimiz AZİ brendi ilə regionun liderlərindən birinə çevrilməkdir – Rüfət Əzizov

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov AzEdu.Az Təhsil Portalına geniş müsahibə verib. O, bu ilin fevral ayında ADNSU-nun rektoru təyin edilib. 45 yaşlı rektor daha əvvəl 2021-2023-cü illərdə Təhsil İnstitutuna, 2023-2025-ci illərdə isə Sumqayıt Dövlət Universitetinə rəhbərlik edib. Rüfət Əzizov müsahibədə ADNSU-da təhsilin keyfiyyəti, rəqəmsal transformasiya, beynəlxalq reytinqlər və gələcək hədəflərdən […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.