Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadıldı

Ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesi 4 avqust tarixinə kimi uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi məlumat yayıb.

Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Qeyd edək ki, 24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start verilib. Elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşmalı idi.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir