“AzStateNet” şəbəkəsi üzrə bloklanan zərərli keçidlər 38 % azalıb
Bu ilin yanvar-iyul aylarında “AzStateNet” şəbəkəsi üzrə 314,88 milyon zərərli keçid bloklanıb.
“Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 38 % azdır.
Hesabat dövründə son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 15 milyon 846 min 700, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 62 min 667 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 6 dəfə çox və 62 % azdır.
Xatırladaq ki, 2024-cü ildə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.
Mənbə: Report.Az