ABŞ Rusiyanın Azərbaycan stansiyasına hücumu pislədi

ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən stansiyanın Rusiya tərəfindən hədəfə alınmasını qınayıb.

Modern.az xəbər verir ki, ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.

“Rusiya dərhal dayanmalıdır. Prezident Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır”, – Dövlət Departamentindən bildirilib.

Qeyd edək ki, avqustun 6-da Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına hücum edib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir