Hərbi Prokurorluqda yeni təyinat

Hərbi Prokurorluqda yeni təyinat olub.

Modern.az Trend-ə istinadən məlumat verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Hərbi prokurorun təqdimatı və Baş prokurorun müvafiq əmri ilə ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar uğurla davam edir.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir