“Microsoft”un süni intellektləri virusları zərərsizləşdirməyi öyrənib
“Microsoft” korporasiyasının mühəndisləri zərərli proqram təminatını təhlil və müəyyən etmək qabiliyyətinə malik olan süni intellekt (AI) agentinin yaradılmasını elan ediblər.
“Report” xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.
Süni intellekt agentinin prototipi Project Ire adlandırılıb. Sistemə zərərli proqram təminatlarını və kompüter viruslarını zərərsizləşdirmək öyrədilib.
“Microsoft” qeyd edib ki, bunu adətən təhlükəsizlik mütəxəssisləri edir. Proqram təminatının təhlili zamanı AI agenti fayl növünü, onun strukturunu və potensial maraq sahələrini müəyyən edir.
Test zamanı Project Ire prototipi zərərli Windows drayv fayllarının 90 faizini müəyyən edə bilib. Eyni zamanda, sistem səhvən proqram təminatının yalnız 2 faizini təhlükəli kimi qeyd edib.
Agentin virus fayllarını aşkar etməkdə dəqiqliyi hələ də mühəndisləri sistemi təkmilləşdirməyə məcbur edir. Şirkət “Project Ire”nin performansını hələlik orta səviyyədə adlandırır.
Mənbə: Report.Az