Bitkoin cüzi bahalaşıb

Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 117 min ABŞ dollarına yaxınlaşıb.

“Report” xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 0,38 %, son 7 gündə isə 2,81 % artıb. Nəticədə bitkoinin kapitallaşması 2,328 trilyon ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 7,58 %, son bir həftədə isə 19,74 % artaraq 4,19 min ABŞ dolları təşkil edib.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 3,93 trilyon ABŞ dollarıdır.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir