Şagirdlər imtahan suallarını əvvəlcədən ələ keçirib? – Araşdırma APARILIR
25-27 iyun tarixlərində mərkəzləşdirilmiş üsulla lisey və gimnaziya imtahanında sualların əvvəlcədən müəyyən şagirdlər tərəfindən əldə olunması ehtimalları yaranmışdır.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov deyib.
Tural Alışov qeyd edib ki, hazırda bununla bağlı araşdırmalar aparılır: “Bu ehtimallar üçün Elm və Təhsil Nazirliyi geniş miqyaslı araşdırma aparılır. Və indi də bu araşdırmalar davam edir”.
O bildirib ki hazırda valideynlərlə tək-tək görüşlər keçirirlir: “Təkrar imtahan təşkil olunmayıb. Sadəcə, həmin şagirdləri yenidən yoxlamaq üçün əvvəlki imtahana bənzər suallar hazırlanıb. Verilən suallar çox sadə olub. Hər bir şagirdə 10 sual təqdim edilib ki, onların ilkin imtahanda topladıqları nəticənin heç olmasa bir hissəsini təkrar cavablandıra bilib-bilmədikləri müəyyən edilsin. Məsələn, əgər bir şagird birinci imtahanda 45 düzgün, 0 səhv cavab yazıbsa, biz ikinci yoxlamada ondan 10 düzgün, 0 səhv nəticə tələb etməmişik. Əgər şagird nəticəsinin müəyyən hissəsini təsdiq edə bilibsə, onun imtahan nəticəsi ləğv edilməyib. Lakin bəzi şagirdlərin nəticələrində kifayət qədər fərqlər aşkar olunub. Qeyd etmək lazımdır ki, təqdim olunan suallar həmin imtahanda cavablandırdıqları suallara bənzər idi”.
Mənbə: Modern.az