Agentlik: Müəllimlərin işə qəbulu üzrə azsaatlı vakant yerlər birləşdiriləcək

Ötən illərdən fərqli olaraq müəllimlərin işə qəbulu üzrə azsaatlı vakant yerlər (yaxın ərazilərdə olan azsaatlı vakant yerlər – red) birləşdiriləcək.

“Report” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, hazırda 2 000-ə yaxın vakant yer tutulmamış qalıb:

“Vakant yerlərin gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır. Ona görə də müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə bağlı yenilik edilir. Vakant yerlərdən biri əsas, digəri isə əlavə iş yeri olacaq”.

Qeyd edək ki, bundan əvvəl bir qrup müəllim sosial şəbəkələrdə vakant yerlərin gizlədilməsi iddiası ilə çıxış edib.

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir