Elektron Hökumət İnformasiya Sisteminə daxil edilən və ötürülən məlumatlar açıqlanıb

Azərbaycanda kommunal sahədə xidmətlər göstərən qurumlar fəaliyyətlərinin təmin edilməsi məqsədilə bəzi məlumatları (sənədləri) real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə “Vahid Kommunal Xidmətlər” altsistemindən əldə edə biləcəklər.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də öz əksini tapıb.

Sənədə əsasən, həmin məlumatlar aşağıdakılardır:

– fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatları;

– fiziki şəxslərin məcburi köçkün statusuna malik olması barədə məlumatları;

– hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

– hüquqi və fiziki şəxslərin daşınmaz əmlakı (torpaq sahələri, tikili və qurğular) barədə məlumatları;

– kommunal xidmətlərə dair hesablanmış borclardan verilmiş şikayətlər barədə məlumatları (şikayətlər üzrə iş materiallarını (ərizələri).

“Vahid Kommunal Xidmətlər” altsisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə kommunal sahədə xidmətlər göstərən qurumlar EHİS vasitəsilə aşağıdakı məlumatları (sənədləri) real vaxt rejimində altsistemə göndərirlər:

– kommunal xidmətlərin abunəçiləri barədə məlumatları;

– quraşdırılmış sayğaclar barədə məlumatları;

– quraşdırılmış sayğaclar üzrə göstəricilər və bu göstəricilərə uyğun olaraq yaranmış borclar, sayğac olmadığı halda isə kommunal sahələrdə xidmətlər göstərən qurumlar tərəfindən hesablanmış borclar barədə məlumatları;

– kommunal xidmətlərə dair hesablanmış borclardan sistemdənkənar verilmiş şikayətlər barədə məlumatları (şikayətlər üzrə iş materiallarını (ərizələri), şikayətlərə baxılmanın nəticəsi barədə qərarları (o cümlədən məhkəmə qərarlarını);

– iştirakçıların və “Vahid Kommunal Xidmətlər” altsisteminin operatorunun həmin altsistemin fəaliyyəti ilə bağlı zəruri hesab etdiyi digər məlumatları.

Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektləri fəaliyyətlərinin təmin olunması üçün “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə əməl etməklə aşağıdakı məlumatları real vaxt rejimində “Rəqəmsal Razılıq” altsistemi vasitəsilə EHİS üzərindən ilkin mənbədən əldə edirlər:

– fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər üzrə məlumatları;

– fiziki şəxslərin məhkumluğu barədə məlumatları;

– fərdi sahibkarların vergi orqanları tərəfindən qəbul olunmuş sonuncu gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannamələri, eləcə də fərdi sahibkar olmayan digər fiziki şəxslərin iş yerləri və aylıq gəlirləri (vergiyə və digər icbari ödənişlərə cəlb olunmamış) barədə məlumatları;

– fiziki şəxslərin ailə üzvləri barədə məlumatları;

– fiziki şəxslərin hərbi bileti üzrə məlumatları;

– vətəndaşlıq vəziyyəti aktları barədə məlumatları;

– bələdiyyələrin son bir il üzrə gəlirləri (yerli büdcə üzrə), hüquqi şəxslərin vergi orqanları tərəfindən qəbul olunmuş sonuncu mənfəət vergisi və ya sadələşdirilmiş vergi bəyannamələri barədə məlumatları;

– bələdiyyələrin, hüquqi və fiziki şəxslərin daşınmaz əmlakları, habelə rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakları barədə məlumatları;

– qurumların ünvanları barədə məlumatları;

– hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla);

– hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin VÖEN-ini;

– hüquqi və fiziki şəxslər tərəfindən alınmış lisenziyalar və icazələr barədə məlumatları;

– qurumların və fiziki şəxslərin notariuslar vasitəsilə verdikləri etibarnamələr üzrə məlumatları;

– maliyyə sanksiyasının tətbiqi haqqında qərarlar, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar (o cümlədən elektron qərarlar), habelə məhkəmə qərarları, həmin qərarların icra müddəti və müddətin bitməsi barədə məlumatları;

– hüquqi və fiziki şəxslərin bələdiyyələrə yaranmış yerli vergi və ödəniş öhdəlikləri barədə məlumatları;

– sahibin bu Əsasnamənin 3.4.1-ci yarımbəndində qeyd edilən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin təmin olunması üçün zəruri hesab etdiyi digər məlumatları.

“Rəqəmsal Razılıq” altsisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə informasiyanın ilkin mənbəyini formalaşdıran iştirakçılar aşağıdakı məlumatları real vaxt rejimində altsistemə göndərirlər:

– xeyrinə ödəniş aparılacaq fiziki şəxslərin və qurumların bank və xəzinədarlıq hesabları;

– maliyyə sanksiyasının və inzibati cərimənin ödənilmədiyi təqdirdə ölkənin normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada görülmüş tədbirlər barədə məlumatları.

“Yerli icra hakimiyyəti orqanları başçılarının qeyri-normativ hüquqi aktlarının reyestri” və “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” altsistemlərinə daxil edilən, eləcə də “Geoportal”a ötürülən məlumatların dairəsini Nazirlər Kabineti müəyyən edir.

“Açıq məlumatlar” portalına “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlara əsasən əldə olunması, işlənilməsi, verilməsi və ya istifadəsi məhdudlaşdırılmayan məlumatlar ötürülür, bu mümkün olmadığı halda daxil edilir.

“Rəqəmsal İcra Hakimiyyəti” altsisteminə qəyyumluq və himayəçilik orqanlarının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə istisna olmaqla) razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları ötürülür, bu mümkün olmadığı halda daxil edilir.

EHİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir.

EHİS ilə digər dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsini real vaxt rejimində həyata keçirmək mümkün olmadıqda, sənədlər (məlumatlar) EHİS-ə aidiyyəti qurumlar tərəfindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə onların elektron kabinetləri vasitəsilə daxil edilir.

EHİS-də formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmil

Mənbə: Report.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir