Kolleclərə qeydiyyat başlayır

14 avqust saat 11:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Modern.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

“Qəbul olunan şəxslər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür”, – deyə əlavə edilib.

Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 22 avqust saat 18:00-da başa çatacaq.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir