Təhsil 13 Avqust 2025, 17:25 BMU məzunu Böyük Britaniyanın Edinburq Universitetində

Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Nigar Nəsibova Böyük Britaniyanın Edinburq Universitetində “Advanced Chemical Engineering” ixtisası üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

Modern.az xəbər verir ki, Nigar Nəsibova bu nüfuzlu universitetdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində magistratura səviyyəsi üzrə təhsilini davam etdirəcək.

Nigar Nəsibova 2021-ci ildə 546.7 balla BMU-nun kimya mühəndisliyi (ingilis bölməsi) ixtisasına qəbul olub, 2025-ci ildə 94.89 bal ortalama ilə məzun olub.

Tələbəlik dövründə fəal olan Nigar 100 SOCAR könüllüsündən biri seçilib. İngilis dili bölməsində oxuyaraq dil biliklərini inkişaf etdirən BMU məzunu IELTS imtahanında 7 bal toplayıb. Yüksək göstəricilərinə görə 4-cü kursun qış sessiyasında Ümid-Babək Əməliyyat Şirkətində təcrübə keçmək imkanı qazanıb və təcrübə dövrü bitdikdən sonra həmin şirkətdən iş təklifi alıb. Hazırda bu şirkətdə kiçik proses mühəndisi kimi fəaliyyət göstərir.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir