Kaledoniyada müstəqillik tərəfdarları “Bujiqal” razılaşmasını rədd etdi

Yeni Kaledoniyanın əsas müstəqillik hərəkatı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) hökumət və müstəqillik tərəfdarları ilə iyulun əvvəlində imzalanmış Bujival sazişindən imtina edib.

Modern.az bu barədə Fransanın “Le Monde” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Yeni Kaledoniya dövlətinin yaradılmasını nəzərdə tutan sazişdən imtina barədə qərar avqustun 9-da FLNKS-in növbədənkənar qurultayında qəbul edilib və bu gün Numea şəhərində keçirilən mətbuat konfransında təsdiqlənib.

Bəyanatda bildirilib ki, razılaşma hərəkatın mübarizə prinsipləri və əldə etdiyi nailiyyətlərlə uyğun gəlmir.

Qeyd edə ki, sənəd “Yeni Kaledoniya Dövləti” və “Kaledoniya vətəndaşlığı” anlayışlarının yaradılması, eləcə də pul vahidi, ədliyyə və polis kimi bəzi səlahiyyətlərin ötürülməsi imkanını nəzərdə tutulur. Lakin burada yeni müstəqillik referendumu keçirilməsi yer almır ki, bu da müstəqillik tərəfdarları arasında ciddi narazılıq yaradıb.


Mənbə: Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir