Azərbaycanda zəlzələ oldu
Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.
Zəlzələ yerli vaxtla saat 08:31-də baş verib.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Mənbə: Modern.az