Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
Azərbaycanda son illər təhsil müəssisələrində ərəb dilini öyrənənlərin sayı artıb.
“Report” xəbər verir ki, bunu Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə Azərbaycanda “Ərəb dili ayı”nın Bakı Dövlət Universitetində (BDU) keçirilən açılış mərasimində deyib.
O qeyd edib ki, Azərbaycan və İslam mədəniyyəti ərəb dili vasitəsilə sıx inteqrasiya edilib:
“Müasir dövrdə bu dilin öyrənilməsi diplomatik, iqtisadi və turizm sahəsində önəmli faktora çevrilib”.
Rektor əlavə edib ki, ərəb dilinin tədrisi həm tarixi-mədəni irsin qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir:
“Gələcəkdə bu istiqamətdə fəaliyyət daha da genişləndiriləcək”.
Mənbə: Report.Az