Hot Topics

200 balı keçən hər bir abituriyent tələbə olacaq – EKSPERT

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Aliquam non leo id magna vulputate dapibus. Curabitur a porta metus. In viverra ipsum nec vehicula pharetra. Proin egestas nulla velit, id faucibus mi ultrices et.

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb. 86459 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ən şanslı qrup I ixtisas qrupu olub.

“200 balı keçən hər bir abituriyent tələbə olacaq. Hətta böyük sayda plan yerləri boş qalacaq”, – o qeyd edib.

Ekspertin sözlərinə görə, ən çətin vəziyyət isə III ixtisas qrupunda müşahidə olunur: “Burada ciddi bal artımı var və bu istiqamətə yenidən baxılması vacib görünür. Bu il abituriyentlər üçün ən rahat qəbul imkanı I qrupda, ən çətin yarış isə III qrupda yaşandı”.

Qeyd edək ki, hazırkı vəziyyətə görə, qruplar üzrə ərizəsini təsdiq edən abituriyentlərin sayı aşağıdakı kimidir:

 

1-ci qrup: 23919

2-ci qrup: 19040

3-cü qrup: 24414

4-cü qrup: 6966

5-ci qrup: 16517


Mənbə: Modern.az

Tags :

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.