Bu il Azərbaycanda ən yaşlı tələbə 55 yaşlı Vəfa Cəfərova olub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib.
Qeyd olunub ki, tələbə subbakalavr (kollec məzunu) kimi Sumqayıt Dövlət Universitetinə qəbul olunub.
Xatırladaq ki, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər iştirak edib. Onlardan 57 min 236 nəfəri (o cümlədən 6461 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27 min 956 (o cümlədən 1728 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 29 min 280 (o cümlədən 4733 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Mənbə: Report.Az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.