“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib.
Modern.az APA-ya istinadla xəbər verir ki, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub.
Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub.
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.