Aktual 4 Sentyabr 2025, 12:10 BMU və “Azercell”in təşkilatçılığı ilə hackathon keçiriləcək
Bakı Mühəndislik Universiteti (BMU) və “Azercell”in birgə təşkilatçılığı ilə tələbələr üçün “CyberCell” adlı hackathon keçiriləcək.
Modern.az xəbər verir ki, kibertəhlükəsizlik və süni intellekt mövzularını əhatə edəcək yarışma bu ilin 18-19 oktyabr tarixlərində BMU-da təşkil olunacaq.
“Hackathon”a BMU ilə yanaşı, digər universitetlərin tələbələri də qoşula bilər.
Yarışmada iştirak edəcək komandaların tərkibi maksimum 3 nəfərdən ibarət olmalıdır.
Komandalar aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər:
Qaliblərə pul mükafatları veriləcək (birinci yer-4000 AZN, ikinci yer-3000 AZN, üçüncü yer -2000 AZN)
Gözlənilən biliklər:
-
Red Team əməliyyatları haqqında anlayış (hücum simulyasiyası, istismar, səlahiyyətlərin artırılması, şəbəkədaxili hərəkət);
-
Blue Team əməliyyatları haqqında anlayış (jurnalların izlənməsi, anomaliyaların aşkarlanması, insidentlərin cavablandırılması və azaldılması strategiyaları);
-
Penetrasiya test metodologiyaları, zəifliklərin qiymətləndirilməsi və təhdidlərin Cyber Kill Chain və ya MITRE ATT&CK kimi çərçivələrlə xəritələndirilməsi ilə tanışlıq;
-
Jurnalları, insidentləri və təhdid məlumatlarını təhlil edərək hücum nümunələrini müəyyən etmək və müdafiə strategiyalarını simulyasiya etmək bacarığı.
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.