Müəllim işləmək istəyənlərin nəzərinə! – Bu universitetdə iş var
Türkiyə-Azərbaycan Universitetində (TAU) ingilis dili hazırlıq proqramlarında dərs keçmək üçün müəllim vəzifəsinə vakansiya elan edilir.
Modern.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Tələblər:
· Ali təhsil (ingilis dili müəllimliyi, ingilis dili filologiyası, ingilis dili üzrə tərcüməçilik, İngilis dili və ədəbiyyatı ixtisaslarında magistr dərəcəsi);
· İngilis dilinin tədrisi üzrə minimum 2 (iki) – 5 (beş) il pedaqoji təcrübə;
· Beynəlxalq dil sertifikatına (CELTA, DELTA, TOEFL) malik olmaq.
Dil və təlim sertifikatı üzrə tələblər:
· TOEFL imtahanından minimum 100/120 bal;
· CELTA və ya DELTA sertifikatı üzrə uğurlu nəticə (Pass, Pass B və ya Pass A kimi nəticələr qəbul edilir);
· İngilis dilində motivasiya məktubu;
· İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
· Tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;
· Yüksək kommunikasiya və tədqiqatçılıq bacarıqları.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.09.2025
Mənbə: Modern.az
Post Comment
Şərh yaza bilmək üçün giriş etməlisiniz.