Hot Topics

Ermənistan parlamenti 44 günlük müharibəyə dair sənədi müzakirəyə çıxarır

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Aliquam non leo id magna vulputate dapibus. Curabitur a porta metus. In viverra ipsum nec vehicula pharetra. Proin egestas nulla velit, id faucibus mi ultrices et.

Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası bu günlərdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının hesabatını spiker Alen Simonyana təqdim edib.

Modern.az xəbər verir ki, məlumatı mediaya komissiyanın sədri Andranik Köçəryan açıqlayıb. O deyib ki, sənədin sentyabrın 27-də başlayacaq plenar iclaslarda müzakirəsi planlaşdırılır.

Həm müxalifət, həm də iqtidaryönlü deputatlar bu hesabata xüsusi maraq göstərirlər, çünki Köçəryan istintaq zamanı ciddi ifşaların olduğunu, cinayət işlərinin başlanmasının qaçılmaz olduğunu dəfələrlə bəyan edib.

Bu arada deputatlar artıq bir neçə gündür ki, hesabatın məxfi materialları ilə tanış olmağa başlayıblar. Amma hesabatın qapalı hissəsi hələ ki deputatlara təqdim olunmayıb.

Məlum olub ki, yalnız spiker Alen Simonyan sənədlə tanış olduqdan sonra hesabatın hansı hissəsinin ictimailəşəcəyi, hansı hissəsinin məxfi qalacağına qərar veriləcək.


Mənbə: Modern.az

Tags :

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.