Hot Topics

Aktual 12 Sentyabr 2025, 14:26 Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA-da – FOTOLAR

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Alman Gəmiqayırma və Dəniz Sənayesi Assosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıq etdiyi nümayədə heyəti ilə görüş təşkil olunub. 

Modern.az xəbər verir ki, tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəki səfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri də iştirak ediblər.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrinin müavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. 

Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması fonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrə fikir mübadiləsi aparılıb. 

Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinin tələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi, dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, liman infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarını maraqlandıran suallar cavablandırılıb.  

Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. 

Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA-da - FOTOLAR

Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA-da - FOTOLAR

Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA-da - FOTOLAR


Mənbə: Modern.az

Bir cavab yazın

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.