Bu gün Xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Modern.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Mənbə: Modern.az