QHT-lər üçün daha bir müsabiqə – Agentlik və Fondun birgə ELANI
Yaxın günlərdə ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu tərəfindən QHT-lər üçün birgə müsabiqə elan ediləcək.
Müsabiqənin əsas tərəfdaşı qismində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) çıxış edəcək.
Modern.az xəbər verir ki, bu barədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin media məsələləri üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, deyib ki, müsabiqədə spesifik istiqamətdə – minadan zərərçəkən minatəmizləyənlərin mina və PHS (partlamamış hərbi sursatlar) barədə maarifləndirmə prosesinə fəal şəkildə cəlb edilməsinə dair layihələr qəbul ediləcək.
Mənbə: Modern.az
