Müəllimlərin sertifikasiyasının növbəti müsahibə nəticələri AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 16-19 sentyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.

Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.


Mənbə: Modern.az

Bir cavab yazın