TIR-da və yarımtikilidə meyit tapıldı

Xaçmazda yarımtikilidən meyit tapılıb.

Modern.az xəbər verir ki, dünən saat 20 radələrində 1958-ci il təvəllüdlü Quliyev Aslan Səlim oğlunun meyiti yaşadığı rayonun Cığatay kəndində yerləşən yarımtikilidə aşkarlanıb. Meyiti A.Quliyevin tanışı aşkar edərək məlumat verib.

Oxşar hadisə Bakı-Qazax magistral yolunun kənarında baş verib. Yol kənarında dayanmış TIR-a baxış keçirilərkən sürücünün meyiti aşkar edilib. Ölən şəxsin Çingiz Hüseynov adlı şəxs olması müəyyənləşib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Bir cavab yazın