İstanbulun tarixi körpüsü TDT bayrağının rəngi ilə işıqlandırıldı – FOTOLAR
Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə – firuzəyi rənglə işıqlandırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının “X” hesabında paylaşım edilib.
Qeyd edək ki, 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
Mənbə: Modern.az
