Aktual 6 Oktyabr 2025, 16:35 “Türk xalqlarının birlik ideyası hər zaman Azərbaycandan yayılıb” – VİDEO
“Türk xalqlarının birlik ideyası hər zaman Azərbaycandan yayılıb. Sovet dövründə bu birlik mümkün deyildi. Yalnız 1992-ci ildən başlayaraq Türkiyənin mərhum prezidenti Turqut Özalın təşəbbüsü ilə Türkdilli ölkələrin Zirvə görüşü başladı.”-
Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, bu görüşlərin təməli 1992-ci ildə qoyulub.
“Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fəailiyyət göstərdiyi 11 il ərzində mühüm işlər görülüb. Qəbələdə keçirilən bu görüşlər də yeni əməkdaşlıq yolunda mühüm addımdır”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda:
Mənbə: Modern.az
