Ağstafada kişi özünü xəstəxananın ikinci mərtəbəsindən atdı

Ağstafa xəstəxanasında ölüm hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə Ağstafa rayon mərkəzi xəstəxanasının terapiya şöbəsində qeydə alınıb.

Orada müalicə olunan, rayonun Köçvəli kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev ikinci mərtəbəsindən yıxılıb.

Göstərilən tibbi yardıma baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Mənbə: Modern.az

Bir cavab yazın