Bağça müdirləri bu tarixdə imtahan verəcəklər
25 oktyabr tarixində məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resusları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, imtahanların keçiriləcəyi tarix və məkan barədə məlumatlar iştirakçılara göndərilib.
Mənbə: Modern.az
