Qubaya 10 santimetr qar yağdı, mənfi 3 dərəcə şaxta var – FOTO

Oktyabrın 30-da Quba və Qusarın dağlıq ərazilərinə bu ilin ilk güclü qarı yağıb.

Modern.az xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AzərTac-a bildirilib ki, ən çox qar Qubanın Qrız və Xınalıq kəndlərinə yağıb. Qrız kəndində qarın hündürlüyü 10, Xınalıqda 9 santimetrə çatır. Qusarın Ləzə kəndində isə 3 santimetr qar qeydə alınıb.

Qarın yağması ilə əlaqədar temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.


Mənbə: Modern.az

Bir cavab yazın