Hot Topics

Year: 2025

Year : 2025

Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq – AĞ EV

Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq. Modern.az xəbər verir ki, bu barədə Ağ Ev sözçüsü Anna Kelli bildirib. “Bu sadəcə Ermənistanla bağlı deyil. Bu sadəcə Azərbaycanla da bağlı deyil. Bu, bütün regionla bağlıdır və onlar bilirlər ki, region prezident Trampla daha rifahlı və təhlükəsizdir”, – Ağ Evin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Tramp həm […]
Read more

Taksi sürücülərinin imtahanında 1151 nəfər uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 8-də sürücülər və beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri üçün keçirilən imtahandan 1151 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb. “Report” xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, taksi sürücülərinin hazırlığının qiymətləndirilməsi imtahanında iştirak etmək üçün 1483 namizəd qeydiyyatdan keçib. Onlardan 1403 namizəd […]
Read more

Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut – VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub. Modern.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb. Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı […]
Read more

“N-Telekom” və “Naxçıvanpoçt”un təşkilati-hüquqi formaları dəyişdiriləcək

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil ediləcək. “Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov fərman imzalayıb. Fərmana əsasən, adı çəkilən qurumlar eyni adlı MMC-lərə çevriləcək. Yenidən təşkil edilmə ilə bağlı ümumi yığıncaq səlahiyyətləri aidiyyəti […]
Read more

“Abituriyent” jurnalı bu tarixdə dərc olunacaq – RƏSMİ

“Abituriyent” jurnalının 4 saylı buraxılışı avqustun 9-da nəşr olunacaq. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib. O qeyd edib ki, abituriyentlər sabah gün ərzində “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli”  kitabçalarını və “Abituriyent” jurnalının növbəti buraxılışını kitab satış nöqtələrindən əldə edə biləcəklər. Mənbə: Modern.az
Read more

“Beş dəqiqəlik yol”un bitməyən cazibəsi

Yazıçı-publisist, ədəbiyyatşünas alim Yaşar Rzayevin həyat və yaradıcılığı barədə düşüncələr Bu isti yay günündə yazdığım yazıda dəniz sərinliyi hiss edəcəksiniz, diqqət etsəniz Xəzər dənizinin ləpələrinin səsini, şahə qalxan dalğalarının hayqırtısını belə eşidə biləcəksiniz. Mavi Xəzərin balıq-sim qoxusu verən dəniz ətri, yazda-payızda tez-tez yağan yağışların nəm qoxusu, Talış meşələrinin  əsrarəngiz rayihəsi Yaşar Rzayevin nəsrinə  hopub, yaradıcılığına […]
Read more

Qarabağ Universitetində YENİLİK

“Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi (ASM) olacaq və burada həm ilkin, həm də ikinci, üçüncü səviyyəli səhiyyə xidmətləri göstəriləcək”. Modern.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində klinikanın baş direktoru Samir Babayev deyib.  Onun sözlərinə görə, universitetin tələbələri ASM təcrübəsini, sadəcə klinikanın  Ailə Sağlamlıq Mərkəzində deyil, Qarabağ regionundakı bütün ASM-lərdə keçəcəklər: “ASM təcrübəsi qazanmaq, […]
Read more

Kolleclərə qəbulun nəticələri açıqlanıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib. Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə […]
Read more

Ermənistanın dövlət borcu 13 milyardı ötüb

Ermənistanın dövlət borcu 30 iyun 2025-ci il tarixinə 13 milyard 852 milyon 137 min dollardır. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Statistika Komitəsi məlumat yayıb.  Məlumata görə, xarici borc 6 milyard 943 milyon 296 min dollar, daxili borc isə 6 milyard 908 milyon 842 min dollar təşkil edir.  Mənbə: Modern.az
Read more

Kolleclərə qəbulun nəticələri ELAN EDİLDİ

9 illik təhsil bazasından kolleclərə qəbulun nəticələri açıqlanıb. Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur: Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.