Hot Topics

Year: 2025

Year : 2025

Yardımlıda 680 abonentin qazı KƏSİLƏCƏK

Avqustun 7-də Yardımlı rayonunun bəzi kəndlərində qaz təchizatı dayandırılacaq. Bu barədə Modern.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayon ərazisində yerləşən “Yardımlı Əngəvül əhali” ölçü qovşağı üzərində quraşdırılmış qaz sayğacının dövri yoxlamadan keçirilmiş digər qaz sayğacı ilə əvəz olunmasıdır. Bu məqsədlə avqustun 7-də saat 14:00-dan 16:00-dək “Əngəvül” […]
Read more

Tələbələrin köçürülməsinin nəticələri AÇIQLANDI

15-22 iyul tarixlərində tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib. Bu barədə Modern.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Tələbələrdən xahiş olunur ki, 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etsinlər. Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda […]
Read more

Faktiki yaşayış rayonuna uyğun olaraq MİQ üzrə vakansiya seçiminin nəticələri açıqlanıb

31 iyul- 4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri açıqlanıb. “Report” xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Belə ki, məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Qeyd edək ki, 1519 namizəd müsahibə mərhələsində iştirak hüququ qazanıb. Mənbə: […]
Read more

Bakı və Abşeronda oğurluq edən 3 nəfər tutuldu

Nəsimi rayonu ərazisində yerləşən avtoservislərin birində oğurluq hadisəsi qeydə alınıb. Belə ki, orada çalışan ustanın çantasından 5000 manat pul vəsaiti oğurlanıb. Modern.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı F.Kamallı müəyyən olunaraq saxlanılıb. Nizami rayonu ərazisində isə qeydə alınan oğurluq hadisəsi zamanı ticarət […]
Read more

MİQ imtahanı verən namizədlərə ŞAD XƏBƏR

31 iyul-4 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib. Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan resusları şöbəsindən məlumat verilib. Mənbə: Modern.az
Read more

Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkənlərin SAYI

Azərbaycanda 2024-cü il üzrə bədxassəli şişlərlə bağlı xəstələnənlərin statistik göstəriciləri açıqlanıb. Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ərzində ilk dəfə bədxassəli şiş diaqnozuyla qeydiyyata alınan xəstələrin ümumi sayı 15 164 nəfər təşkil edib. Məlumatda qeyd edilib ki, onlardan 8051 nəfəri qadın, 7113 nəfəri isə kişidir. “Rəsmi statistikaya əsasən, 2024-cü il ərzində tibb […]
Read more

Tələbələrin köçürülməsi üzrə nəticələr şəxsi kabinetlərə göndərilib

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulunda iştirak etmiş tələbələrin şəxsi kabinetlərinə qəbulun nəticələri ilə bağlı müvafiq bildiriş göndərilib. Bu barədə “Report”a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tələbələr 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq qəbul edilmiş qərarı təsdiq etməlidirlər: “Qeyd edək ki, qərar təsdiq edilmədiyi halda tələbələrin əmrləşməsi müvafiq […]
Read more

Azərbaycan və BƏƏ AI sahəsində birgə tədqiqat mərkəzi yarada bilər

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə süni intellekt (AI) sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılmasını müzakirə edib. “Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. “Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirdik. Görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın […]
Read more

Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə yer tutmadıq… – Sabiq nazirdən AÇIQLAMA

Avstraliyada keçirilən 66-cı Beynəlxalq Riyaziyyat Olimpiadası artıq yekunlaşıb. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin nümayəndələri yarışmada müxtəlif medallar qazanıblar. Lakin Azərbaycan komandası bu il olimpiadanı medalsız başa vurub.  Hadisə sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub, məsul qurumlar tənqid edilib. Məsələyə münasibət bildirən Təhsil İnstitutu qeyd edib ki, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində yerli və […]
Read more

Havada tozun miqdarı normadan ARTIQDIR

Havada toz müşahidə olunur. Modern.az-ın avtomatik stansiyalardan əldə etdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.1-1.4 dəfə artıqdır. Bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.