Hot Topics

Year: 2025

Year : 2025

Xanım aparıcı metronun mətbuat katibi təyin edildi – FOTO

“Bakı Metropoliteni” QSC-də yeni mətbuat katibi təyin edilib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, teleaparıcı Nərmin Salmanova metropolitenin mətbuat katibi vəzifəsinə gətirilib. Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədovun isə fəaliyyətinə Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi davam edəcəyi bildirilib. Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb. Mənbə: Modern.az
Read more

I kurs tələbəsi vəfat etdi – FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi vəfat edib. Modern.az xəbər verir ki, universitetin “Rus İqtisad Məktəbi”nin I kurs tələbəsi 2006-cı il təvəllüdlü Elmir Musayev iyulun 18-də qəflətən dünyasını dəyişib. Onun qan laxtalanmasından həyatını itirdiyi bildirilir. Mənbə: Modern.az
Read more

Aktual 21 İyul 2025, 15:20 “Euromoney” ABB-ni “İlin ən yaxşı rəqəmsal bankı” seçdi!

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı rəqəmsal bankı” seçib. Bu, Londonda keçirilən “Award of Excellence” mükafatının təqdimatı tədbirində elan edilib. ABB mükafata rəqəmsal kanallardan istifadə edən müştərilərin sayının artımı, rəqəmsal bankçılıq təcrübəsini gücləndirən uğurlu inkişaf strategiyası, rəqəmsal məhsul və xidmətlərdən istifadəni asanlaşdıran həllərin tətbiqi, açıq bankçılıq ekosistemlərinə inteqrasiya […]
Read more

Peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır. Modern.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışı zamanı məlumat verib. O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul – 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər: “Qeydiyyatdan keçən müraciətçilərin […]
Read more

Azərbaycandan Əfqanıstan qadınlarına DƏSTƏK

20 iyul tarixində Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub. Modern.az bildirir ki, məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq […]
Read more

Peşə təhsilində 10 yeni ixtisas

Bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib. Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib. “Bu ixtisaslar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır. Yüksək texniki ixtisaslara rəqəmsal məzmun idarəçiliyi, mexatronika, istehsalata rəqəmsal nəzarət sistemləri, tədbirlərin təşkili, satış və marketinq, texniki ixtisaslarda isə […]
Read more

TKTA xarici ölkələrdə təhsil almaq arzusunda olan şəxslərə çağırış edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciə edib. “Report” xəbər verir ki, müraciətdə deyilir: “Bildiyiniz kimi, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan […]
Read more

Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (publik hüquqi şəxs) direktoru yenidən dəyişib. Modern.az “qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib. Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər […]
Read more

Rusiyaya qarşı ağır sanksiya 

Britaniya Rusiya ilə əlaqəsi olduğu iddia edilən 134 gəmiyə qarşı sanksiyalar tətbiq edib.   Modern.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yer alıb.   Sənəddə əsasən, məhdudiyyətlərə məruz qalan gəmilərin ümumi sayı 290-dan 424-ə yüksəlib.   Məlumata görə, yeni sanksiyalar Rusiyanın enerji sektoruna zərbə vurur, onun əsas neft gəlirlərinə çıxışını məhdudlaşdırır. Sanksiyaların 2024-cü […]
Read more

Peşə təhsilinə 32 min tələbənin qəbulu planlaşdırılır

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq. Modern.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib. O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür: “Ayrılan plan […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.