Hot Topics

Year: 2025

Year : 2025

Sabahdan peşə məktəblərinə qəbul başlayır

Sabahdan peşə məktəblərinə qəbul başlayır. “Report” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışı zamanı məlumat verib. O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul – 11 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər: “Qeydiyyatdan keçən müraciətçilərin […]
Read more

Yeni tədris ili üçün peşə təhsilinə 32 min tələbənin qəbulu planlaşdırılır

2025/2026-cı tədris ili üzrə tələbə qəbulu 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla 32 min 620 plan yeri üzrə aparılacaq. “Report” xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışında deyib. O bildirib ki, peşə təhsili müəssisələrində son 10 ildə ilk dəfə plan yerlərinin sayı 30 mini ötür: “Ayrılan plan […]
Read more

Bu gün inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək. Mərkəzdən “Report”a bildirilib ki, imtahanlar saat 11:00-da və 16:00-da başlanacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra […]
Read more

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək. DİM-dən “Report”a bildirilib ki, imtahan vermək üçün 1416 (KOSS – 271, MHBS – 622 , İSMUBS – 523) nəfər müraciət edib. İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar. Üç saat davam edən […]
Read more

Beşinci “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilir

“Yüksəliş” müsabiqəsinin üç gün davam edən final mərhələsi keçirilir. “Report” xəbər verir ki, final mərhələsinin üçüncü günündə Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, energetika naziri Pərviz Şahbazov, […]
Read more

Nazir müavini: “Yüksəliş” müsabiqəsində ancaq xaricdə təhsil alanlar qalib olmur

Ötən dörd “Yüksəliş” müsabiqəsində qalib gələnlərin 84%-i kişilər, qalanları isə qadınlar olub. “Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin final mərhələsində deyib. O bildirib ki, onlardan 36-sı magistratura təhsilini Azərbaycanda alıb: “Halbuki bəzən deyirlər ki, “Yüksəliş” müsabiqəsində ancaq xaricdə təhsil alanlar qalib olur”. […]
Read more

İşçi qrupunun rəhbəri: “Vətəndaşlar “Yüksəliş” müsabiqəsinə inanır”

Ötən illər ərzində bizim gördüyümüz əsas işlərdən biri kadr bankının yaradılması olub. “Report” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsi final mərhələsində işçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında deyib. “Bütün dövlət qurumları və özəl şirkətlər kadr bankı elektron platformasından yararlana bilirlər. Vətəndaşlar da “Yüksəliş” müsabiqəsinə inanır və hər il özlərini sınayırlar. Mövcud statistika da bunu […]
Read more

Dünya Bankı Azərbaycanın məhkəmə sistemi üçün növbəti islahatları açıqlayıb

Dünya Bankının Azərbaycanda “Məhkəmə xidmətləri və ağıllı infrastruktur” layihəsinin növbəti mərhələsi rəqəmsallaşmanın dərinləşdirilməsi olacaq. “Report” Dünya Bankının layihənin gedişatı ilə bağlı hesabatına istinadən xəbər verir ki, IT həllərinin, xüsusilə şəffaflıq və səmərəlilik sahəsində uğurlu tətbiqi məhkəmə sisteminin daha ağıllı və məlumatlara əsaslanan idarə olunması üçün süni intellekt və biznes analitikası alətlərinin daha da inkişaf etdirilməsinin […]
Read more

“Irshad” mağazalar şəbəkəsi inamla genişləməyə davam edir

Smartfon, elektronika və məişət texnikası sahəsində geniş çeşid, 40 000-dən çox məhsul seçimi və əlçatan qiymətlər təklif edən “Irshad” mağazalar şəbəkəsi ölkə üzrə fəaliyyətini genişləndirməyə davam edir. Şirkət bu dəfə müasir dizaynı və ideal lokasiyası ilə seçilən 55-ci, Bakı şəhəri üzrə isə 27-ci mağazasını “Sea Breeze – Lighthouse Mall” ərazisində alıcılara təqdim edib. “Sea Breeze” […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2025. Bütün hüquqları qorunur.