Hot Topics

Year: 2025

Year : 2025

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar

Qazaxıstanın Aktau şəhərində boks üzrə keçirilən beynəlxalq turnir başa çatıb. Modern.az xəbər verir ki, Azərbaycan millisi Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarışı 2 medalla başa vurub. Boksçularımızdan Məhəmməd Aşırəliyev (60 kiloqram) və Ruslan Rüstəmov (65 kiloqram) fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi turniri bürünc medalla başa vurublar. Mənbə: Modern.az
Read more

Bodrumda meşə yanır

Türkiyənin Muğla vilayətinin Bodrum bölgəsində meşə yanır. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, günorta saatlarında başlayan yanğın güclü külək nəticəsində genişlənməyə başlayıb. Yanğının söndürülməsi üçün həm qurudan, həm havadan müdaxilə olunur. Mənbə: Modern.az
Read more

“Facebook” uzun müddət sonra bu funksiyanı geri gətirir

“Meta” şirkəti feysbuka bir zamanlar populyar olan “Poke” (“dürtmək”) funksiyasını yenidən qaytarır.  Modern.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin rəsmi instaqram hesabında paylaşılıb.  Bildirilib ki, həmin funksiyadan feysbukun mobil tətbiqində istifadə etmək mümkün olacaq.  Tətbiqdə kimlərin sizi “Poke” etdiyini göstərən xüsusi səhifə mövcud olacaq.  Qeyd edək ki, “Poke” düyməsi ilk olaraq 2004-cü ildə […]
Read more

Biləcəridəki qəzada həlak olanların FOTOSU

Biləcəri qəsəbəsində baş verən dəhşətli yol-nəqliyyat hadisəsində 3 nəfər həyatını itirib. Modern.az xəbər verir ki, qəzada ölən şəxslərdən biri yük avtomobilinin sürücüsü, digər iki nəfər isə “Changan” markalı maşının sürücüsü, 1978-ci il təvəllüdlü Yusif İbrahim oğlu İbrahimov və onun sərnişini, 1982-ci il təvəllüdlü Abdulla Əkrəm oğlu Hacıyevdir. Hadisə nəticəsində ölən Yusif İbrahimovun və Abdulla Hacıyevin fotosunu […]
Read more

Arayik və digərləri ifadələrini təsdiqlədilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David […]
Read more

İnfarktın yeni səbəbləri AŞKARLANDI

Ən çox görülən ürək-damar xəstəliklərindən biri olan miokard infarktı yoluxucu mənşəli ola bilər. Bu tibbdə yeni araşdırma və açıqlamadır. Modern.az xəbər verir ki, Finlandiya və Böyük Britaniyadan olan tədqiqatçılar bu gözlənilməz nəticəyə gəliblər. İndiyə qədər aterosklerozun inkişafı və sonrakı infarktın yalnız damarlarda iltihaba səbəb olan oksidləşmiş aşağı sıxlıqlı xolesterolun yığılması ilə əlaqəli olduğuna inanılırdı. Bununla belə, […]
Read more

Yol polisi sürücülərə çağırış etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib. BDYPİ-dən Modern.az-a verilən məlumata görə, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir. Qeyd olunub ki, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının […]
Read more

Teleqram istifadəçilərinə XƏBƏRDARLIQ! – Hesabınız oğurlana bilər

Son zamanlar Telegram istifadəçiləri arasında şübhəli və təhlükəli keçidlərlə qarşılaşma halları artıb. İlk baxışda adi və ya etibarlı görünən bu tip mesajlar, əslində ciddi kibertəhlükələrin mənbəyi ola bilər. Modern.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, Telegram üzərindən fişinq və zərərli proqram (malware) bağlantıları vasitəsilə təhdidlər mövcuddur. […]
Read more

Paşinyan Azərbaycandan keçərək Çinə gedibmiş

Bu il avqustun 30-da Ermənistan Baş nazirinin təyyarəsi Azərbaycanın hava məkanından istifadə edərək Çinə səfər edib və sentyabrın 6-da Yaponiyadan gecə Ermənistana qayıdıb. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan medianın sualına cavab olaraq bildirib. Onun sözlərinə görə, bu il avqustun 8-də Vaşinqtonda sülhün bərqərar olmasından sonra Ermənistanın müvafiq orqanları […]
Read more

Qazaxda 45 yaşlı kişi itkin düşüb

Qazaxda 45 yaşlı kişi itkin düşüb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən xəbərə görə, Qazax rayon Aslanbəyli kənd sakini, 1980-ci il təvəllüdlü, Məmmədov Camal Mədət oğlu avqustun 2-də yaşadığı ünvandan çıxaraq Bakı şəhərinə gedib və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsin əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, boyu 176 sm, orta bədən quruluşludur. Sonuncu […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.