Hot Topics

Year: 2025

Year : 2025

Elm və Təhsil Nazirliyində iki təyinat: Billurə Hacızadəyə yeni vəzifə verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.  Modern.az xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb. Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə […]
Read more

Qızılı qiyməti 3560 dolları ötdü

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Modern.az-ın birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,4% artaraq 3 565,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 2,56% artaraq 41,77 ABŞ dolları olub. Mənbə: […]
Read more

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün YENİ İMKAN

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirəcək. Bu barədə Modern.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, bundan əlavə həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən […]
Read more

Ağdaban ziyarəti… – FOTOLAR

Əzəmətli dağların əhatəsində qayğısız uşaqlığımız yaşadığım, cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu. Bir qərinədir ki görmədiyim yerlərdən sanki bir əsrdir ki ayrı olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa […]
Read more

Daha bir rayonda ehsan QADAĞASI

Qusarda yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Modern.az xəbər verir ki, qərarı şəhər ağsaqqalları, ictimai xadimlər qəbul ediblər. Bildirilir ki, qərarın qəbul edilməsindən məqsəd israfçılığın aradan qaldırılmasıdır. Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb. Mənbə: Modern.az
Read more

Məktəbli geyimlərilə bağlı rəsmi AÇIQLAMA

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məktəbli geyimlərilə bağlı məlumat yayıb. Modern.az xəbər verir ki, MÜTDA-nın məlumatına görə, ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib. Vətəndaşlar qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən […]
Read more

Mancuriyanın azad edilməsində iştirak edən azərbaycanlılar – FOTO

Hər bir xalqın tarixində ağrı, qürur və gələcəyə sarsılmaz inamla dolu səhifələr var. İkinci Dünya müharibəsi illəri bütöv xalqların və dövlətlərin taleyini müəyyənləşdirən ən ağır sınaq dövrü idi. Qələbəyə gedən yolda etibarlı dayaqlardan biri olaraq bu ümumi mübarizəyə Azərbaycan əhəmiyyətli töhfə verib. Müharibə illərində Bakı cəbhəni strateji əhəmiyyətli resurs olan neftlə təmin edən əsas mərkəzlərdən […]
Read more

Polis dağlarda əməliyyat keçirdi – Silahlı şəxslər tutuldu

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan və qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.  DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  çətin relyefli yüksək dağlıq və meşəlik ərazidə narkotik plantasiyası aşkar olunub. Çətənə kollarını əkən, əvvəllər də dəfələrlə məhkum edilmiş 62 […]
Read more

Ermənistan Pakistanla kommünike imzaladı

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Pakistan İslam Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar. Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. İmzalanma mərasimi Çinin Tianjin şəhərində keçirilən ŞƏT Zirvə Toplantısı çərçivəsində baş […]
Read more

Deputatlar tətildən QAYITDILAR

Milli Məclisin deputatları tətildən qayıdıblar. Onlar bu gündən – sentyabrın 1-dən iş başında olacaqlar. Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatlar payız sessiyasına hazırlıq məqsədilə komitə iclaslarına başlayacaqlar.  Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Sessiya çərçivəsində plenar iclasların keçirilməsi, bir sıra qanun layihələrinin müzakirəsi və qəbul olunması nəzərdə […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.