Hot Topics

Year: 2025

Year : 2025

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür. Modern.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, […]
Read more

3 şəhidimiz sabah DƏFN EDİLƏCƏK

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. Modern.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Mənbə: Modern.az
Read more

Azər Maqsudov Arif Acaloğlunun ailəsinə pul təklif etdi

Alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirləndirilən tanınmış həkim Azər Maqsudovun məhkəmə prosesi keçirilib. Modern.az “report”a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkən tərəf iclasda iştirak edə bilməyəcəyi barədə ərizə göndərib.  Azər Maqsudovun vəkili Musa Abdinov deyib ki, qarşı tərəfə barışıq təklif olunub: “Biz barışıq üçün […]
Read more

İlham Əliyev Pekindəki Zəfər paradında iştirak edəcək – Xarici KİV

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çində keçirləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi gözlənilir. Modern.az xəbər verir ki, məlumatı Çin Mərkəzi Televiziyası yayıb. Məlumata görə, Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda 26 xarici lider iştirak edəcək. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, İran prezidenti […]
Read more

“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişib

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində “Bakı Gəmiqayırma Zavodu” MMC-nin idarə heyətinin sədri Elşad Nuriyev vəzifəsindən azad edilib. Modern.az APA-ya istinadla xəbər verir ki, E.Nuriyevin yerinə bu vəzifənin icrası Ruslan Talıbova həvalə olunub. Qeyd edək ki, R.Talıbov bu vaxta qədər Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin sədri olub. Mənbə: Modern.az
Read more

Özgür Özəl barəsində istintaq başlandı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində istintaq başlanılıb. Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, Ankara Baş Prokurorluğu Özgür Özəlin Bəyoğlu rayonunda keçirdiyi mitinq zamanı İstanbulun baş prokuroru Akın Gürleklə bağlı dediyi fikirlərə görə istintaq başlanılıb. Partiya sədri “dövlət qulluqçusuna təhqir” və “hədə” maddələri ilə ittiham olunur. Mənbə: […]
Read more

Valideynləri tərəfindən döyülən körpə Bakıya gətirildi

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpənin vəziyyəti açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, avqustun 27-də saat 16:20 radələrində 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. “Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən […]
Read more

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir.  Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 […]
Read more

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Prezident İlham Əliyev “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanında dəyişiklik edib.  Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Bərdədən Xankəndiyə köçürülür.  Onun fəaliyyəti Xankəndi şəhərini və Ağdərə rayonunu da əhatə edəcək. Nazirlər Kabineti və Dövlət Komitəsi fərmandan […]
Read more

“İçərişəhər”də ağaclar nömrələnir – FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi çərçivəsində “İçərişəhər”dəki bütün ağacların qeydiyyatına və nömrələnməsinə start verilib.    Modern.az xəbər verir ki, hər bir ağacın üzərinə xüsusi nömrələnmiş inventar lövhələri vurulur, həmin inventar lövhələrində ağacın kodu və onun elektron uçot vərəqinə keçid imkanı yaradan QR-kod yerləşdirilir. İnventarlaşdırma nəticəsində İçərişəhərin bütün […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.