Hot Topics

Year: 2025

Year : 2025

Boş qalan yerlərə ixtisas seçimi başlayır

Bu gündən Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. Modern.az xəbər verir ki, həmin yerlərə ixtisas seçimi sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Mənbə: Modern.az
Read more

Ermənistan ABŞ-dakı səfirini dəyişdi

Ermənistan prezidenti Vahan Xaçaturyanın fərmanı ilə Lilit Makunts Ermənistanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Modern.az xəbər verir ki, respublika prezidentinin mətbuat xidmətinin məlumatına görə, digər sərəncamla Narek Mkrtçyan Ermənistan Respublikasının ABŞ-dakı səfiri təyin edilib. Qeyd edək ki, Narek Mkrtçyan bu gün Ermənistanın əmək və sosial məsələlər naziri vəzifəsindən azad edilib. […]
Read more

Fransa səfiri Bakıdan gedir

27 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizdəki səfiri Ann Buayonu Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.   Modern.az-ın məlumatına görə, XİN-dən bildirilib ki, görüşdə Azərbaycan-Fransa münasibətləri, habelə regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub. Nazir Ceyhun Bayramov səfir Ann Buayonun ölkəmiz üçün tarixi və əlamətdar […]
Read more

Bakının üç rayonunda söküntü olacaq – ÜNVANLAR

Bakıda daha 3 rayonda istismar müddəti bitmiş qəzalı binalar söküləcək.   Modern.az Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü işləri paytaxtın Sabunçu, Suraxanı və Səbail rayonlarında aparılacaq.   Səbail rayonunda istismar müddəti bitmiş qəzalı binaların sökülməsi üçün layihə-smeta sənədlərinin hazırlanması və müəllif nəzarəti xidməti ilə bağlı tender elan olunub. Tenderi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi keçirir. Sözügedən […]
Read more

Aktual 27 Avqust 2025, 19:02 Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində – FOTO

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.   DTX-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış ediliblər.   Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin […]
Read more

Naxçıvanda yeni aparat rəhbəri təyin edildi

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.   Modern.az xəbər verir ki, Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.   N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil […]
Read more

İki azyaşlının döyülməsi ilə bağlı araşdırma aparılır

“Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.”   Modern.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.     O bildirib ki, hazırda hər iki uşaq Ağdam Rayon Mərkəzi Xəstəxanasına […]
Read more

Xaricdə onlayn təhsil fırıldağı – Agentlik xəbərdarlıq etdi

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri” kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Modern.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, […]
Read more

SABAH qrupları ilə bağlı YENİ QƏRAR

“Ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı Tələblər”in təsdiq edilib.   Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.   Qərara əsasən, SABAH proqramlarının təşkili ilə bağlı tələblər müəyyən olunub. Belə ki, ali təhsil müəssisəsində beynəlxalq kitabxana resurslarına və elmi bazalara (SCOPUS, Web of Science və […]
Read more

Azərbaycanda hər gün zəlzələ olur – Qurban Yetirmişli

Ötən gün gecə Dağıstanda 5,3 maqnitudada zəlzələ olub, yeraltı təkanın ocağı 66 kilometr dərinlikdə yerləşib.  Dağıstanda baş verən zəlzələ Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Qusar, Bakı və Sumqayıt şəhərlərində hiss olunub. Hadisə ilə əlaqədar Modern.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, sərhəddə yerləşən, eləcə də məsafə baxımdan […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.