Hot Topics

Year: 2025

Year : 2025

Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq – İlham Əliyev

Ümid edirəm ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın daxili siyasəti barədə tam məlumatlı deyiləm. Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. “Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni konstitusiya layihəsi üzərində işləyirlər. Lakin güclü […]
Read more

Kəlbəcərdə şagirdlər bu məktəbdə oxuyacaq – RƏSMİ

Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin sentyabr ayından işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyətə başlaması nəzərdə tutulub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, məktəb 108 nəfər şagird yerlik olmaqla modul tipli binada fəaliyyətə başlayacaq. Kəlbəcərə köç edən şagirdlər təhsillərini bu modul […]
Read more

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcərə növbəti səfərindən sonra bu dağlar diyarının tərifi dillərdən düşmür. Hamı və hər kəs bir daha gördü ki, artıq bu cənnətməkan yer təkcə Azərbaycanın və Qafqazın coğrafiyasında yox, dünya miqyasında unikal inkişaf məkanına çevrilir. Həmin gün 27 ildən çox yurd həsrəti çəkmiş ulu diyarın övladları, nəhayət, ata-baba ocaqlarına qayıdaraq, orada […]
Read more

II və III qrupda boş qalan yerlər – Universitetlər üzrə SİYAHI

Avqustun 28-dən sentyabrın 2-dək ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi həyata keçiriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali məktəblərə qəbul planı 96.27 faiz dolub. Modern.az Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dərc edilən “Abituriyent” jurnalının 7-ci nömrəsində Azərbaycan bölməsi üzrə boş qalan yerləri araşdırıb. Jurnala görə, II qrupda Azərbaycan bölməsi üzrə […]
Read more

Azərbaycanda şiə və sünni eyni məsciddə ibadət edir – İlham Əliyev

“Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib. “Azərbaycanlıların mütləq əksəriyyəti üçün təriqət məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən […]
Read more

Təhsil 27 Avqust 2025, 14:43 BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı innovasiya və texnologiya sahəsində, həmçinin gənc tədqiqatçıların və startapların dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə görə “Innovation Lab” sertifikatına layiq görülüb. Bu barədə Modern.az-a BMU-dan məlumat verilib. Sertifikat BMU Texnoparkına İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə “Code Academy”nin həyata keçirdiyi “İnnovasiya ekosistemi oyunçularının fərdi və şirkət halında sertifikatlaşdırılması” layihəsi çərçivəsində “Global […]
Read more

Bu vətəndaşlar sosial ödənişlərini ala bilmir – Fonddan XƏBƏRDARLIQ

Şəxsiyyət vəsiqəsinin istifadə müddəti bitən vətəndaşlar sosial ödənişlərini ala bilmir. Son günlər bununla bağlı müraciətlərin sayı artıb. Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili sosial şəbəkə hesabında məsələyə aydınlıq gətirib. O bildirib ki, Fondun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır: “Qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən […]
Read more

MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Modern.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Bildirilib ki, müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər […]
Read more

Güclü külək avqustun 29-dək davam edəcək

Azərbaycanda avqustun 27-si saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm). Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir. Ölkə […]
Read more

Məktəblərdə bu il də sıxlıq olacaq – bir sinifdə 40-45 nəfər

Yeni tədris ili yaxınlaşdıqca ölkənin ümumi təhsil müəssisələrində ən çox müzakirə olunan məsələlərdən biri siniflərdə sıxlıq probleminin davam edib-etməyəcəyi ilə bağlıdır. Təəssüf ki, son illərin statistikası göstərir ki, bu problem yalnız davam etmir, hətta daha da dərinləşir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində 1 milyon 700 minə yaxın şagird təhsil […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.