Hot Topics

Year: 2025

Year : 2025

Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlanıb. “Report” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya […]
Read more

Şagird yerdəyişməsinin vaxtı uzadıldı

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb. Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb. Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə […]
Read more

Küləklə bağlı xəbərdarlıq edildi

Avqustun 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Bərdə, Yevlax, Mingəçevir, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Xızı, Altıağac, Qobustanda fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək Mənbə: Modern.az
Read more

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti avqustun 30-u saat 18:00-dək uzadılıb. “Report” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Bildirilib ki, valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər. Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesinə avqustun 5-dən start verilib. Mənbə: Report.Az
Read more

Yataqxanalarla bağlı yeni QƏRAR

“Yataqxana və hostellər. Layihələndirmə normaları” təsdiq edilib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası qərar qəbul edib. Normada şagird və tələbə yataqxanaları ilə bağlı müddəalar da öz əksini tapıb. Qeyd olunur ki, mədəniyyət və incəsənət təhsil müəssisələrinin tələbələri üçün yataqxanalarda sahəsi layihə tapşırığı ilə müəyyən olunan əlavə məşğələ […]
Read more

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq yazılıb

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib. Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 9 iyul, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə […]
Read more

İrandan 40 kiloqram narkotik gətirmək istədilər

Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. DSX-nin mətbuat mərkəzindən Modern.az-a verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kiloqram 900 qram marixuana, 3 kiloqram tiryək) 5 […]
Read more

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

Sərfəli xidmətləri ilə yanaşı cəmiyyətə dəyər qatan təşəbbüşləri ilə fərqlənən “Nar” Beynəlxalq Biznes Mükafatlarında “İlin Kommunikasiya və ya PR kampaniyası” nominasiyasında “Gümüş Stevie” mükafatına layiq görüldü. “Nar”ın mükafata layiq görülən sosial layihəsi nitq və eşitmə məhdudiyyətli şəxslərə yönəlmiş “Təlim məktəbi” iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə […]
Read more

20 minə yaxın abituriyent tələbə ola BİLMƏYƏCƏK

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi yekunlaşmaq üzrədir. Seçim hüququ əldə edən namizədlər gün ərzində ərizələrini sistem üzərindən təsdiqləyə bilərlər. Qeyd edək ki, ixtisas seçimi bugün saat 23:59-da başa çatacaq. Artıq 81 mindən çox abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ali təhsil müəssisələrinə qəbul üçün ümumilikdə […]
Read more

Hərbi prokuror DSX-nin hərbçiləri ilə bir arada – FOTOLAR

Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşü keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət olunub. Ulu Öndərin və şəhidlərin […]
Read more

Recent News

Selected menu has been deleted. Please select the another existing nav menu.

Elminfo @2023. Bütün hüquqları qorunur.