“İdrak” liseyinin rəhbəri danışdı – Hadisə sinif otağında baş verib
Bakıda yerləşən “İdrak” liseyində şagird müəllimi güllələyib.
Modern.az xəbər verir ki, “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov hadisə ilə bağlı “Yeni Sabah”ın suallarını cavablandırıb.
– Hadisə necə olub?
– Mən gəlmişəm, burdayam. Uşaq çantasında ov tüfəngi gətirib. Ehtiyatsızlıqdan atəş açılıb. Şükür Allaha, elə də ciddi xəsarət yoxdur.
– Neçənci sinif şagirdidir?
– 10-cu sinifdə oxuyur. Oğlan uşağıdır.
– Güllələnən müəllim qadındır yoxsa kişi?
– Qadındır.
– Müəllimin vəziyyəti necədir?
– Müəllimənin vəziyyəti yaxşıdır. Xəstəxanadadır.
– Hansı fənndən dərs deyir?
– Hazırda araşdırma aparılır.
– Əvvəllər bu şagirdlə bağlı şikayət olub?
– Xeyr olmayıb.
– Həmin şagirdin davranışları normaldır?
– Bəli, normaldır.
– Liseyin qapısında mühafizə yoxdur? Necə olub ki, həmin silahı içəri keçirib?
– Var. Ancaq keçirə bilib.
– Hadisə sinif otağında, yoxsa həyətdə baş verib?
– Sinif otağında baş verib.
Mənbə: Modern.az
