Baş prokurordan yeni TƏYİNAT
Sumqayıt hərbi prokuroruna yeni müavin təyin edilib.
Modern.az məlumat verir ki, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Tural Həsənli şəhər hərbi prokurorunun müavini təyin edilib.
Qeyd edək ki, Sumqayıt hərbi prokuroru ədliyyə polkovniki Ağakişi Acalovdur. O, bir neçə ay əvvəl həmin vəzifəyə təyin edilib. (“Qafqazinfo”)
Mənbə: Modern.az
