Ötən gün vətəndaşlarda 7 avtomat, 17 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirir.

Bu barədə Modern.az Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 17 tüfəng, 5 patron darağı və 504 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.


Mənbə: Modern.az

Bir cavab yazın